Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda uşaqlar üçün Yeni il şənliyi keçirildi

22.12.2025

Qazaxda uşaqlar üçün Yeni il şənliyi keçirildi.
22 dekabr 2025-ci il tarixdə Qazaxda Mədəniyyət Mərkəzi, MKS-nin təşkilatçılığı  və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə uşaqlar üçün “Uşaqların Yeni il sevincləri ” adlı tədbir təşkil edilib.
Tədbirdə iştirak edən MİHİ Qazax rayon komitəsinin sədri İ.Qurbanov, Mədəniyyət Mərkəzinin direktoru Z.Həsənova, MKS-nin direktoru F.Xudiyeva bu günün səbəbkarları olan körpə fidanları Yeni il bayramı münasibəti ilə təbrik edib, onlara sağlam can, dərslərində uğurlar, həyatda yüksək nailiyyətlər arzulayıblar.
Şaxta baba və Qar qızın tədbirdə iştirakı, uşaqlarla rəqsləri tədbiri daha da rəngarəng edib, dünyanın bəzəyi olan körpələrin böyük marağına və sevincinə səbəb olub.
Tədbirdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin saz müəllimi Pərviz Hüseynovun və balaca Zəhra Abdullazadənin ifasında maraqlı musiqilər səsləndirilib.
Sonda tədbirin iştirakçısı olan uşaqlara MİHİ Qazax rayon komitəsinin Yeni il hədiyyələri paylanılıb.