
23.12.2025
23 dekabr 2025-ci il tarixində Tovuz Dövlət Rəsm Qalereyasında görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunmuş dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi keçirilib. Sərgidə direktor vəzifəsini icra edən Lalə İbrahimova və bərpaçı rəssam Toğrul Qasımov rəssamın yaradıcılığı barədə sərgi iştirakçılarına məlumat verdi, və bu cür sərgilərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar. Nümayiş olunan rəsmlər qonaqlar tərəfindən maraqla qarşılandı.