17.10.2025
Qazaxda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirildi.
17 oktyabr 2025- ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kosalar kənd Sənətkarlıq klubu, Hüseynbəyli kənd Diyarşünaslıq evi və Canalı kənd Diyarşünaslıq klubunun birgə təşkilatçılığı ilə Kosalar kənd Sənətkarlıq klubunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi v.i.e. Ceyhunə Hüseynova açaraq bildirib ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Həmin vaxtdan öz müsdtəqilliyinə qovuşan Azərbaycan qısa müddət sonra yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.
Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir.
Tədbirə dəvət olunmuş hazırda təqaüddə olan qocaman mədəniyyət işçisi Tahir Əliyev və uzunillər təhsil sahəsində çalışmış təqaüdçü müəllim, şair Cavanşir Rüstəm çıxışlarında bütün xalqımızı və tədbir iştirakçılarını bu gün münasibəti ilə təbrik edərək bildiriblər ki, bu günkü Müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük ərmağanıdır.Onu da qeyd ediblər ki, müstəqillik günü bizim xalqın igidliyinin və yorulmaz mübarizəsinin təntənəsi günüdür. 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfər müstəqilliyimizi və suverenliyimizi bütün dünyaya bəyan etdi. Nəinki ölkə vətəndaşları, eləcə də bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan dövləti və onun yenilməz Prezidenti Cənab İlham Əliyevlə qürur duyur, fəxr edirlər.
Tədbirdə mədəniyyət müəssələrinin dərnək üzvlərinin ifasında saz havaları, Azərbaycanımıza və müstəqilliyimizə həsr olunmuş musiqilər, Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azadlığın rəngi” adlı ədəbi-bədii kompozisiya və Qazax rayon Mədəniyyət Mərkəzinin “Buta” rəqs qrupunun çıxışı tədbirə xüsusi rəng qatıb, tədbir iştirakçılarında xoş əhval- ruhiyə yaradıb.