Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

27.02.2026

Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Gülnaz Alişanova müasir dövrdə ekoloji risklərin düzgün qiymətləndirilməsinin və idarə olunmasının dayanıqlı inkişafın əsas şərtlərindən biri olduğunu bildirib. O, iqlim dəyişmələri, təbii fəlakətlər və ətraf mühitin çirklənməsi kimi amillərin cəmiyyətin təhlükəsizliyinə birbaşa təsir göstərdiyini qeyd edib və bu baxımdan mülki müdafiə sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Direktor bu cür tədbirlərin əhalinin ekoloji məsuliyyətinin artırılmasına, fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsinə və gələcək nəsillər üçün sağlam ətraf mühitin qorunmasına xidmət etdiyini diqqətə çatdırıb. O, muzeyin bu istiqamətdə maarifləndirici layihələrə və ictimai təşəbbüslərə bundan sonra da dəstək göstərəcəyini bildirib.
Tədbir çərçivəsində mülki müdafiə və ekoloji təhlükəsizlik mövzusunda hazırlanmış videoçarx nümayiş etdirilib, videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.
Daha sonra iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, ekoloji risklərin azaldılması və mülki müdafiə sahəsində görülən işlərlə bağlı təklif və tövsiyələr səsləndiriblər.