Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

H.Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyində Aşıq Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

29.05.2024

29.05.2024-cü il tarixdə Tovuz rayon H.Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyində Aşıq Mikayıl Azaflının 100 illik yubileyi ilə əlaqədar "Vədəsində" adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə öncə nəzərə çatdırılıb ki, bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Azaflı Mikayılın öz sənət aləmi, saz-söz dünyası vardır. Bu dünya ulu qaynaqlardan su içib müdriklik zirvəsinə yüksəlmişdir. Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təsniflər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, dastan və poemalar saz-söz pərəstişkarlarını məftun edir. Bu, onun həm klassik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlıdır deyə qeyd edilib.