Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağstafada ”İstedadlı və Yaradıcı Gənclik” layihəsi üzrə Master-Klass keçirilib.

11.07.2025

09.07.2025-ci il tarixində Ağstafa Dövlət Rəsm Qalereyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə birlikdə" İstedadlı və Yaradıcı Gənclik" layihəsi üzrə Master -Klass keçirib. Layihədə Ağstafa Dövlət Rəsm Qalereyasının nəzdində fəaliyyət göstərən rəsm dərnək şagirdləri və könüllülər iştirak ediblər. Bu tədbirlər adətən uşaqların maarifləndirici və əyləncəli vaxt keçirmələri üçün nəzərdə tutulur.Master -klasslar uşaqların müxtəlif bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihədir.Belə layihələrin mütəmadi təşkil olunması gənclərin asudə vaxtının səmərəli təşkili və bacarıqlarını göstərməyə kömək edir.Tədbirin sonunda istifadə olunan çantalar uşaqlara hədiyyə olunub.