Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Səhnə aşiqi, səni kim unudar

14.03.2024

14 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibəti ilə “Səhnə aşiqi, səni kim unudar” adlı kitab müzakirəsi keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. Şöbə müdiri Bəsdi Məmmədova Azərbaycan dramaturgiyasının inkişafında xüsusi dəsti-xətti olan C.Cabbarlının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib: C. Cabbarlı qısa ömrünün hər bir anını səmərəli və mənalı keçirən sənətkar kimi şair-nasir, dramaturq-teatrşünas, kinossenarist-rejissor, hətta aktyor olaraq da fəaliyyət göstərib. Tələbə oxucular C.Cabbarlının Azərbaycan dramaturgiyasında realizmin banisi olaraq yazdığı səhnə əsərləri, bu gündə məna və əhəmiyyətini itirməyən hekayələri əsasında canlı diskussiyada yazıçının yaşadığı dövrdə cəmiyyətdə qadına qarşı olan mənfi münasibətləri tənqid edərək yaratdığı qadın surətləri, “Ulduz”, “Ədirnə fəthi” pyeslərində türklərin yadellirə qarşı mübarizələri, “Bakı müharibəsi” əsərində ermənilərin azərbaycanlılara qarşı etdiyi zülmlər, başda Nuru Paşa olmaqla qəhrəman, xilaskar Türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən bəhs ediblər. 

İştirakçılar C.Cabbarlı yaradıcılığına həsr olunmuş sərgidə yeni nəşr olunan kitablar ilə yaxından tanış olub, böyük sənətkarın adının qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.