Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazaxda Kitab Bayramı keçirilib

08.05.2024

Mayın 8-də Qazax rayon İcra Hakimiyyəti və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Günəş Ömürlü İnsan” adlı Kitab Bayramı keçirilib.

 

Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri və rayon ictimaiyyəti iştirak edib. 

 

Tədbir respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Çıxışlar zamanı kitabın xalqın formalaşmasında, intellektinin, mədəniyyətinin yüksəlməsində əvəzsiz rol oynadığını bildirilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, geniş bilik və təfəkkür sahibi olması, düşünülmüş və cəsarətli qərarları, eyni zamanda, mədəniyyətimizə, kitabxanalara, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğı danılmazdır.

 

Tədbirdə bir-birindən maraqlı musiqi nömrələri, bədii qiraət, çıxışlar və kompozisiyalar yer alıb.

 

Kitab bayramı çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, eləcə də vətənpərvərlik mövzusunda kitab sərgilərinə baxış

keçirilib.