Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində Novruz şənliyi keçirilib

16.03.2024

16 mart tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində ,,Yurdumuza bahar gəlir,, adlı tədbir təşkil olunmuşdur. Məktəbin qabaqcıl müəllim və şagirdlərin iştirakı ilə hazırlanmış tədbirdə Novruzu vəsf edən şən və oynaq mahnılar ifa edilib şerlər söylənildi.Novruzun personajları olan Bahar qızı, kosa və keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatdılar.