Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

15.05.2024

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi, ekoloji düşüncə və digər mövzuları əhatə etməklə iştirakçıları maarifəndirmək olub. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Aşağı Əskipara kənd sakinləri, 65 illik nümunəvi evliliyi olan Qasımovlar ailəsi, təqaüddə ziyalılar, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Milli-mənəvi dəyərlərimizə, ailə dəyərlərinə həsr olunmuş videoçarx nümayiş olunub.  

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, 15 May - Beynəlxalq Ailə Günü münasibətilə təbrik edərək səmimi ürək sözlərini bölüşüb. Müavin G.Həsənova uzunömürlü nümunəvi ailə kimi tədbirdə iştiraklarına görə Qasımovlar ailəsinə razılığını ifadə edib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. C.Hüseynova qeyd edib ki, olduqca əhəmiyyətli dəyərləri özündə birləşdirən bu gün hər il rayonumuzda yüksək səviyyədə tədbirlərlə qeyd edilir, ailələr ziyarət olunur, bütün diqqət ailələrə və onların problemlərinin həllinə yönlənir. 

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. 

Təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova çıxış edərək “Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri” mövzusunda fikirlərini bölüşüb.