Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Korrupsiya ilə birgə mübarizə aparaq”

31.08.2023

31 avqust 2023-cü il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyində Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün milli fəaliyyət planı ilə əlaqədar olaraq “Korrupsiya ilə birgə mübarizə aparaq" adlı tədbir keçirildi. 

 Tədbirdə Tovuz rayon Gənclər evinin əməkdaşları və gənclər iştirak edib. 

Tədbirdə çıxışlar zamanı korrupsiyanın yaranma səbəbləri, insanların korrupsiya hallarının qarşını almaqda həmrəy olmaları bildirilib. Belə olduğu halda, daha vətəndaşların da korrupsiya hallarını aradan qaldırmaqda böyük payı olar.