
06.01.2026
06.01.2026-cı il tarixdə Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbində "Uşaqların zərərli vərdişlərdən qorunması" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktoru şagirdlərə internetdən təhlükəsiz istifadə qaydaları, sosial şəbəkələrdə ehtiyatlı davranmağın vacibliyi haqqında məlumat verdi. Tədbir zamanı uşaqlarla maraqlı sual- cavab və müzakirələr aparıldı. Onlar öz fikirlərini bölüşdülər və zərərli informasiyadan necə qorunmağı öyrəndilər. Tədbirin məqsədi uşaqlarda düzgün informasiya mədəniyyəti formalaşdırmaq və onların təhlükəsizliyini təmin etmək idi.