Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər bizim işıqlı gələcəyimizdir”

31.05.2023

31 may 2023-cü il tarixində Ağstafa Hüseyn Arif Ev Muzeyində Namiq Həmzəyev adına Yuxarı Göycəli kənd orta məktəbinin şagirdlərinə muzeyin bələdçisi Vəliyeva Şahanə tərəfindən Azərbaycan ordusunun qəhrəmanlığını əks etdirən "Zəfər bizim işıqlı gələcəyimizdir" adlı dərs keçirilib. 

Dərsdə şagirdlərə zəfər tariximiz haqqında ətraflı məlumat verilib. Eyni zamanda, Hüseyn Arif ədəbi irsi şagirdlərə geniş şəkildə təbliğ edilib.