12.09.2025
12 sentyabr 2025-ci il tarixdə Qazax Dövlət Rəsm Qalereyasının bir qrup əməkdaşı 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı Şəhid olmuş Daxili Qoşunların XVTD-nin şəhidi baş çavuş Hüseynov Ramin Rövşən oğlunun məzarını ziyarət ediblər. Əməkdaşlarımız Vətən uğrunda canından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.