24.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin və Ağstafa rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24.05.2018-ci mil tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Ağstafa şəhər Uşaq musiqi məktəbində “Azərbaycan Xalq cümhuriyyəti - 100” adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi, mədəniyyət işçiləri və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər. Tədbiri rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə müavini Lalə Eyyubova müsalman şərqində yaranmış ilk demokratik parlament respublikası haqqında məruzə ilə çıxış etdi. Tədbir mədəniyyət işçilərinin rəngarəng musiqi proqramı ilə davam etdirildi. Ağstafa Uşaq musiqi məktəbinin xor kollektivinin “Azərbaycan” haqqında oxuduğu mahnılar alqışlarla qarşılandı.