12.05.2018
12 may 2018 -ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Rəsm Qalereyasında "Qazağım mənim" layihəsi ilə bağlı rəsm sərgisi keçirildi. Tədbirdə yüzə yaxın rəsm və əl işləri nümayiş etdirildi. Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin məsul işçiləri, Qazax rayon İcra Hakimiyyətinin məsul işçiləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Xətai Sənət Mərkəzinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri, rəssamlar, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonda fəaliyyət göstərən ali təhsil müəssisələrin müəllim və tələbələri, təhsil, mədəniyyət işçiləri, rayonda fəaliyyət göstərən KİV nümayəndələri iştirak edib.
Tədbirin sonunda sərgidə rəsm əsərləri və əl işləri nümayiş olunan məktəblilərə Qazax rayon İcra Hakimiyyəti tərəfindən Diplom təqdim edilib. Qazax Dövlət Rəsm Qalereyasının işçiləri isə Təşəkkürnamə ilə təltif olunublar.