Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Tovuz

Tovuz rayonu ölkənin iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km-dir, əhalisi 01.01.2017-ci il tarixə əhalisi  rəsmi qeydiyyatda 172,4 min nəfərdir.
01.01.2017-ci ilə tarixə rayonda 229 müəssisə və təşkilat fəaliyyət göstərmişdir ki, bunlardan 63,3 faizi xidmət, 14,8 faizi ticarət, 10,0 faizi kənd təsərrüfatı, 5,7 faiz maliyyə, 3,9 faizi sənaye, 2,3 faizi digər fəaliyyətlərlə məşğuldur.
Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
01.01.2017-ci ilə məşğul əhalinin sayı 82872 nəfər, o cümlədən onların 53187 nəfəri kənd təsərrüfatında, 7467 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5946 nəfəri ticarət və içtimai iaşədə, 5810 nəfəri tikintidə, 3391 nəfəri nəqliyyat və rabitədə, 2304 nəfəri səhiyyədə və sosial təminatda, 923 nəfəri idarəetmə orqanlarında, 1162 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1593 nəfəri sənayedə, 1089 nəfəri digər sahələrdə çalışır.
2016-cı ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 99,4 faiz olmaqla 326171,0 min manat, o cümlədən sənayedə 8438,7 min manat, kənd təsərrüfatında 172865,1 min manat, tikintidə 15889,0 min manat, nəqliyyatda 7159,1 min manat, ticarətdə 120765,0 min manat, rabitədə 1054,1 min manat olmuşdur. Bu dövrdə pərakəndə əmtəə dövriyyəsi 375540 min manat, adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 2191 manat olmuşdur.
Cari ildə 1017 yeni iş yeri açılmışdır, onlardan 30-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 199-u mövcud müəssisələrdə, 571-i fiziki şəxslərdə, 217-si digər tədbirlər üzrə açılmış iş yerləridir.
İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin sayı 01.01.2017-ci ilə 17536 nəfər olmuş, onlardan təhsildə 6831 nəfər, dövlət idarə edilməsi və müdafiə, sosial təminat  1314 nəfər, ticarətdə 3999 nəfər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda  914 nəfər, sənayedə 652 nəfər, tikintidə 303 nəfər, nəqliyyatda 105 nəfər, informasiya və rabitədə 126 nəfət, maliyyə və sığorta fəaliyyətində 122 nəfər, turstlərin yerləşdirilməsi və içtimai iaşədə 6 nəfər, əhaliyə səhiyyə və sosial xidmətlərində 2304 nəfər, istirahət və turizm fəaliyyətində 636 nəfər, digər xidmət sahələrində 224 nəfər  çalışır.
Böyük iftixar və qürur hissi ilə qeyd etmək istəyirəm ki, keçən il fevral ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son on ildə altıncı dəfə Tovuz rayonuna səfər etmiş, bu dövrdə Tovuz rayonunun sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı 10 Sərəncam qəbul etmişdir. Cənab Prezident rayonumuza son səfəri zamanı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınmış park-bulvar və əyləncə mərkəzi ilə tanış olmuş, Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cırdaxan avtomobil yolunun, Tovuz şəhərində 7 saylı körpələr evi-uşaq bağçasının, Tovuzçay su anbarının, Qovlar şəhərində gənclər evinin açılışını etmişdir. Cənab Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Tovuz rayonunda işlərin uğurla getdiyini qeyd etmiş, eyni zamanda rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr barədə öz tapşırıq və tövsiyyələrini vermişdir. Cənab Prezident 19 fevral 2016-cı il tarixdə əlli min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq                     4 milyon manat vəsait ayrılması barədə Sərəncam imzalamışdır. Ümumiyyətlə son on ildə cənab Prezidentin müvafiq Sərəncamlarına uyğun olaraq Tovuz rayonunda 143 min nəfər əhalinin yaşadığı yaşayış məntəqələrini əhatə edən 189,3 kilometr uzunluğunda avtomobil yollarına asfalt-beton örtük qoyulmuşdur. Bu layihələrin icrası bütövlükdə rayonumuzun sosial-iqtisadi inkişafı üçün müstəsna  rol oynamışdır.  Rayonumuza, tovuzlulara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon əhalisi adından sonsuz minnətdarlığımızı bildiririk.
2016-cı ildə rayon üzrə makroiqtisadi vəziyyət sabit olmuşdur. Hesabat dövründə rayonda məhsul buraxılışının və xidmətlərin həcmi 323 milyon 203 min manat təşkil etmişdir.  Kənd təsərrüfatında       183 milyon 524 min manat, sənayedə 8 milyon 84 min manat, ticarət və xidmət sahələrində 107 milyon 395 min manat, nəqliyyatda 7 milyon 159 min manat, rabitədə 1 milyon 152 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlər həcmi 73 milyon 130 min manat olmaqla keçən ilə nisbətən 8,2 faiz artmışdır.
          “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda  Tovuz rayonu üzrə nəzərdə tutulmuş işlər  müvafiq icra müddətlərində yerinə yetirilir.  Proqramın icrasının ikinci ildönümü ilə əlaqədar keçən ilin 26 yanvar tarixində keçirilən konfransda  cənab  Prezident  bu sahədə vəziyyəti ətraflı təhlil etmiş və qarşıya yeni vəzifələr qoymuşdur. Həmin vəzifələrin icrası istiqamətində davamlı iş aparılmış və əsas hədəflərə nail olunmuşdur.
2016-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 16 layihə üçün  165 min 300 manat,  banklar və kredit təşkilatları tərəfindən isə  3 min 870 nəfərə 7 milyon 740 min 900 manat kredit verilmişdir.