Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Qazax

Gəncə-Qazax iqtisadi rayonunun qərb coğrafi bölgəsinin şimal-qərb hissəsinə aid olan ərazinin iqtisadi fəaliyyətini əhatə edən maddi istehsal sahələri:
1. Bentonit zavodu
2. Konserv zavodu
3. Şərab zavodu
4. Mişar daşı istehsalı

1. Bentonit zavodu: Daş Salahlı bentonit yatağı ötən əsrin 70-ci illərində geoloji kəşfiyyat işləri zamanı aşkarlanmışdır. Sənayenin dağ filiz çıxarma, metallurgiya, neft və qaz çıxarma, maşınqayırma və digər sahələrində müvəffəqiyyətlə işlədilən bu qiymətli mineralın istehsalı, Rusiyanın sənaye potensialına hesablanmışdır. 2006-cı ilin sentyabr ayında azərbaycan-Rusiya birgə müəssisəsinin yaradılması barədə "Daş Salahlı bentonit" ASC-i ilə Rusiyanın Bentonit elmi istehsalat birliyinin MMC-si arasında razılaşma imzalanmış və bu müştərək müəssisə "Azrosprominvest" adlanmışdır. Həmin ildən ərazidə bentonit gili məhsullarının emalı üzrə zavodun tikintisinə başlanmış və 2007-ci ildə tikintisi başa çatmışdır. 
İstehsal olunan məhsulun növləri və illik istehsal gücü aşağıdakı kimidir.
1) Metallurgiya sənayesi üçün aktivləşdirilmiş bentonit gili - 145 min ton
2) Maşınqayırma və neft-qaz sənayesi üçün bentonit gili tozu - 80 min ton
3) Xüsusi məhsullar üçün dənəvərləşdirilmiş bentonit gili - 20 min ton
Ünvan: Qazax rayonu, Daş Salahlı kəndi: AZ3518
Tel: (02229)-2-80-84 (02229) 2-43-26
2. Konserv zavodu: 12 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham əliyevin təşəbbüsü ilə yaradılmışdır. Zavod öz məhsullarını "Bizim tarla" markası altında buraxır. Məhsullar əsasən dondurulmuş meyvə və giləmeyvələr, duza qoyulmuş üzüm yarpağı və yarımfabrikat turşulardan ibarətdir. 
Zavodun illik istehsal gücü: dondurulmuş meyvə: 500 ton, turşu: 2000 ton.
Ünvan: Qazax şəh. Ə.Şıxlinski küç: №105
Tel: (02229) 5-56-18; 5-18-54; 5-51-99
3. Şərab zavodu: Daş Salahlı kəndində Alman texnologiyasından istifadə etməklə yüksək keyfiyyətli Azərbaycan şərabı hazırlanır. "Şahnigar" MMC-nin şərab zavodunda istehsal edilən "İzabella", "Qırmızı körpü", "Damcılı" və "Qarabağ" adlı məhsullar 2005-ci ildə Sank Peterburq şəhərində beynəlxalq sərgidə nümayiş etdirilmişdir. Bu zaman "Damcılı" şərabı birinci yerə çıxaraq xüsusi medalla "Qarabağ" adlı məhsul isə diplomla təltif olunmuşlar. 
Zavodun il ərzində bütün növlər üzrə istehsal etdiyi məhsulun miqdarı orta hesabla 40000 (qırx min) dekalitr təşkil edir.
Ünvan: Daş Salahlı kəndi - "Şahnigar" MMC
Tel: (02229) 24-2-99
4. Mişar daşı istehsalı: Rayonda istehsal olunan mişar daşının xammalı əsasən Daş Salahlı kəndinin Avey dağına məxsusdur. Dağın faydalı qazıntısı olan əhəng tərkibli qaya və suxurların yerləşdiyi yataqlar üzərində hal-hazırda 7 özəl müəssisə fəaliyyət göstərir. Onların il ərzində istehsal etdikləri 15 min ton hörgü materialı əhalinin mişar daşına olan ehtiyacını tam ödəyir.
Çınqıl, qum, gəc və sement xammalı kimi faydalı qazıntılarla zəngin olan ərazidə sənaye məhsulları istehsal edən 47 kiçik müəssisə, kənd təssərrüfatı məhsulları istehsal edən 33 fermer o cümlədən müxtəlif yönümlü 155 MMC, 17 firma və 3 kooperativ fəaliyyət göstərir.