Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Tovuz rayon Mərkəzi kitabxanası 1925-ci ildə əsası qoyulmuşdur. 1977-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərir. Tovuz MKS- i 1 mərkəz, 5 şəhər və 57 kənd kitabxana filiallarını özündə birləşdirir. Həmin kitabxanalarda 120 nəfər işləyir ki, onlardan 22 nəfər ali təhsilli, (10 nəfəri ali ixtisas təhsilli) 60 nəfər orta ixtisas təhsilli, 38 nəfər isə umimi orta təhsillidir. Mərkəzləşdirilmiş kitabxana sistemi üzrə 555059 nüsxə kitab fondu mövcuddur ki, həmin fond vasitəsilə 33816 nəfər oxucuya mədəni xidmət göstərilmişdir. MKS-nin şöbə və filialları il ərzində öz fəaliyyətini əsasən kitabxana fondlarının komplektləşdirilməsi, əhalinin kitabxanaya cəlb olunması, oxucuların xidmət səviyyəsinin yaxşılaşdırılması, kitab təbliğinin gücləndirilməsi, əlamətdar və tarixi hadisələrin, şair və yazıçıların yubileylərinin qeyd edilməsi istiqamətində qurmuşdur. Əhalinin kitabxanaya cəlb olunması məqsədi ilə kitabxana işçiləri müxtəlif idarə və təşkilatlarda, məktəblərdə olmuş, söhbətlər aparmış, kitabxana fondları haqqında mütəmadi olaraq ətraflı məlumatlar verirlər. Kitab təbliği məqsədi ilə kitabxanalarda müxtəlif əyani və şifahi tədbirlərin keçirilməsinə xüsusi diqqət verilir. İlk növbədə Respublika Prezidentinin Sərəncamı ilə nəşr olunaraq hədiyyə edilən kitabların təqdimat mərasimləri keçirilir, yeni kitablara, əlamətdar və tarixi günlərə, yubileylərə həsr olunmuş geniş sərgilər tərtib edilir. Tovuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  üzrə keçirilən tədbirlər kitabxananın veb saytında “tovuz.cls.az“  yerləşdirir.

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir.

1. Oxuculara xidmət şöbəsi

 2. Metodika və biblioqrafiya şöbəsi

 3. Komplektləşdirmə və kitabişləmə şöbəsi

 4. Kitabxana –biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi

 5. İnformasiya-resurs şöbəsi

 6. Uşaq şöbəsi

Ünvan:
M.Səhriyar küçəsi, 13 B
Telefon:

022-31-5-40-16

E-mail:

tovuz.mks@.mail.ru

Url:
http://tovuz.cls.az