Qazax Dövlət Rəsm Qalereyası 1986- cı ildə yaranmışdır. Qazax Dövlət Rəsm Qalereyasının əsas vəzifə və funksiyası əhalinin təbəqələri arasında müasir, milli və dünya təsviri dekorativ-tətbiqi sənət əsərlərini təbliğ etmək, incəsənətin zəngin ənənələrinə əsaslanan bədii estetik formalarını axtarmaqdır. Muzeyin sərgi salonunda 70 eksponat sərgilənir. Fondda 548 əsər var. Respublikadan gəlmiş heykəltətaşlıq və boyakarlıq nümunələri ilə bərabər həm də yerli rəssamların əsərləri də sərgi salonunda nümayiş olunur. Qalereyanın işi ilin əvvəlində tutulmuş iş planına əsasən həyata keçirilir. Bütün əlamətdar və tarixi günlər Qazax Dövlət Rəsm Qalereyasında yüksək səviyyədə qeyd olunur.
022-29-5-10-15