Qazax Tarix Diyarşünaslıq Muzeyi 1984-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1986-cı ilin mart ayında, Novruz bayramı ərəfəsində Muzeyin rəsmi açılışı olub. 1984- cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax Rayon Tarix Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 3000 -nə yaxın eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey baradə ümumi məlumat, təbiət, arxeolgiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələri var. Tarix Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi", "Etnoqrafiya və folklor", "Qazax XIX-XXI əsrin əvəllərində", "Səməd Vurğun", Görkəmli şəxsiyyətlər", "1929-1990-cı illər", "Müasir dövr" və"Azərbaycan XXI əsrdə" bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansarında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.
022-29-5-10-83
022-29-5-10-83
gulnaz.alishanova@mail.ru