Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr ”Bayraq günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

07.11.2022

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində 9 Noyabr "Bayraq günü"nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşmiş Kitabxana Sisteminin və MİHİ-nin Daşkəsən rayon komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunmuşdur.
9 Noyabr "Bayraq gününə" həsr olunmuş tədbirdə qazilər, mədəniyyət işçiləri, məktəblilər və bağça uşaqları da iştirak etmişdir. 
Uşaqların ifasında bir- birindən maraqlı şeirlər səsləndirilmiş, rəqs nömrələri nümayiş etdirilmişdir.
Tədbirdə  "Bayraq günü"nə həsr olunmuş inşa yazı  müsabiqəsinin qaliblərinə “Təşəkkürnamə” və hədiyyələr təqdim olunmuşdur.
Sonunda bütün iştirakçılara MİHİ-nin Daşkəsən rayon komitəsinin sədri tərəfindən“Bayraq Günü” münasibəti ilə hədiyyələr təqdim olunub.