Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Noyabr - Zəfər Günü münasibəti ilə təbdir keçirilmişdir. 

07.11.2022

Şəmkir rayon Ə. Cavad adına Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibəti ilə təbdir keçirilmişdir. 
Ə.Cavad adına Mədəniyyət Mərkəzinin və  Mərkəzləşdirilimiş Kitabxana  Sisteminin birgə təşkilatçılığı ilə "Zəfərə gedən yol" adlı bayram tədbiri təşkil edilmişdir. 
Tədbirdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab sərgisi, dərnək üzvlərinin isə əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunmuşdur.  "Zəfərə gedən yol" bayram tədbiri  Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Tədbirdə Ə. Cavad adına Mədəniyyət Mərkəzinin instrumental ansamblının ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmişdir. Daha sonra məktəblilər   bir- birindən maraqlı şeir və rəqs  kompozisiyaları ilə  çıxış ediblər.
Təbdir tamaşaçılar tərəfindən maraqla qarşılanmışıdır.