Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət işçiləri ilə birgə keçirilən bayram şənliyi.

29.12.2017

Ağstafa rayon Heydər Əliyev Mərkəzində 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayram şənliyi keçirildi. Şənlikdə İdarə aparatının rəisi və məsul işçiləri, Ağstafa rayon mədəniyyət işçiləri iştirak etdi. İdarənin rəisi cənab Ramiz Quliyev il ərzində mədəniyyət sahəsində fəal iştirakı ilə fərqlənən bir sıra mədəniyyət işçilərini "Fəxri Fərman" ilə təltif etdi. Tədbir musiqili əyləncə proqramı və çay süfrəsi ilə davam etdirildi.