Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Daşkəsən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib

03.11.2022

Daşkəsən rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyinin Daşkəsən bölməsi yaradılıb  və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konsert proqramı təşkil edilib. 
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndləri iştirak etmişdir.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı  çıxışında Aşıqlar Birliyinin fəaliyyəti barədə geniş məlumat verərək Birliyin adından hədiyyələrini təqdim edərək, Daşkəsən Aşıqlarının rayon bölməsinin yaradılmasına verdiyi hər cür dəstəyə görə minnətdarlığını bildirmişdir. 
Məhərrəm Qasımlı Daşkəsəndə aşıq sənətinin bundan sonra da inkişaf edəcəyini diqqətə çatdırıb.
Sonda rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkəsənli aşıqların ustad Aşıq Hüseyn Qoşqarlının xatirəsinə həsr olunmuş konsert  proqramı təşkil olunmuşdur.  
Aşıqların bir-birindən rəngarəng çıxışları alqışlarla qarşılanıb.