Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Narkomaniyaya yox deyək” mövzusunda  geniş maarifləndirici tədbir keçirilib

28.10.2022

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində, rayon Polis şöbəsinin,İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Daşkəsən rayon Təhsil sektoru  ilə birgə  İ.Nəsimi adına 1 və A.Mürsəlov adına 2 nömrəli məktəblərin şagirdləri üçün "Narkomaniyaya yox deyək" mövzusunda  geniş maarifləndirici tədbir keçirib. Görüşün əsas məqsədi 8 və 11-ci sinif şagirləri  arasında maarifləndirmə işlərinin aparılması, yeniyetmələrə sağlam həyat tərzinin təlqin edilməsi olub. 
Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu fəsadlar və hüquqa zidd əməllərdən qorunma yolları barədə geniş profilaktik söhbətlər edilib.
Sonda narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya – bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olub və şagirdləri maraqlandıran suallar cavablandırılıb..