Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş mini-futbol turniri start götürüb

26.10.2022

 

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında 8 Noyabr-Zəfər Gününə həsr olunmuş mini-futbol turniri start götürüb.

Turnirin açılış mərasimində əvvəlcə  torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbird çıxış edən Şəmkir RİH başçısı Rəşad Tağıyev yarış iştirakçılarını salamlayaraq bildirib ki, turnirin keçirilməsində məqsəd qələbə əhval-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdir.

İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov da çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazanılan Şanlı qələbədən bəhs edib. 

Bildirib ki, şəhidlərin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən komandaların hər biri turnirə böyük həvəslə qatılıb.

E. İsmayılov qeyd edib ki, yarışlarda 8 komanda tərkibində 80 nəfər iştirak edir.

Qeyd edək ki, Zəfər Turnirində A və B qrupunda 8 komanda mübarizə aparır. Turnirin ilk günündə “Şəmkir RİH” Şəmkir rayon  Polis Şöbəsinin komandasına, “Səhiyyə” komandası “Mədəniyyət”ə qalib gəlib. Bütün oyunları təcrübəli hakimlər idarə edir.