Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kommunikasiya meneceri” layihəsi çərçivəsində Şəmkirdə  işçi qrupun üzvləri ilə görüş keçirilib. 

25.10.2022

"Kommunikasiya meneceri" layihəsi çərçivəsində Şəmkirdə  işçi qrupun üzvləri ilə görüş keçirilib. 
Şəmkir  Regional Mədəniyyət İdarəsində kommunikasiya meneceri fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar işçi qrupu yaradılıb, idarəyə tabe müəssisələrdə əlaqələndirici şəxslər təyin edilib. 25.10.2022- ci il tarixində Şəmkir Heydər Əliyev Mərkəzində İdarənin Kommunikasiya meneceri Tamam Orucova  işçi qrupunun üzvləri və tabe müəssisələrin məsul nümayəndələri ilə görüşüb. 
Görüşdə İdarənin Kommunikasiya meneceri Tamam Orucova layihə barədə geniş məlumat verərək, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub. Layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələri operativ formada məlumatlandırılması,media subyektləri ilə,ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir. Sonda 
layihə çərçivəsində kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar yaradılan işçi qrupunun üzvləri və idarənin tabeliyində olan bir neçə müəssisə üzrə təyin edilən əlaqələndirici şəxslərlə əsas iş prinsipləri müzakirə edilib.