Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-in Uşaq şöbəsinin kollektivi Ağstafa rayon 2 saylı uşaq bağcası ilə birlikdə ”Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirib.

19.06.2019

19 iyun 2019-cu  il tarixində saat 11:00 da Ağstafa rayon MKS-in Uşaq şöbəsinin kollektivi Ağstafa rayon 2 saylı uşaq bağcası ilə birlikdə   "Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirib. Tədbirin açılışı ilk olaraq Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər.  Tədbirdə həmçinin uşaqların iştirakı ilə hazırlanmış "Nəlbəki”, "Yaylıqlar” və s. kimi rəqslər nümayiş etdirilib. Ümummilli lider Heydər Əliyev, Nizami Gəncəvi, Nəsimi kimi dahilərin vətən, Azərbaycan haqqında fikirləri səsləndirilib. "Anam mehribanım Azərbaycanım”, "Biz məktəbə hazırıq” və s.  kimi mahnıların ifası  tədbiri daha da maraqlı edib. Tədbirdə çıxış edən valideynlər və müəllimlər bağça və uşaqlar ilə bağlı öz ürək sözlərini söyləyiblər. Bağçanın direktoru S. Poladova çıxış edərək qürur hissi ilə bağçanın qazandığı uğurlardan danışıb.. Direktorun çıxışından sonra uşaqlar müəllimlərinə hazırladıqları şeir parçalarını ifa edib və onlara gül dəstələri hədiyyə ediblər.