Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi

14.06.2019

Ağstafa Regional Mədəniyyət İdarəsi 15 iyun-Milli Qurtuluş günü münasibətilə keçirdiyi silsilə tədbirlər çərivəsində növbəti tədbiri Ağstafa rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev parkında təşkil etdi. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildirdilər.

Təntənəli mərasimdə qeyd olundu ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olub. Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Onun xilaskar missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şanlı gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etdi.
Bu gün Azərbaycan müstəqil dövlət olaraq mətinliklə irəliləyir, inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun söz sahibi olan ölkəsi kimi nüfuzunu yüksəldir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilir.

Rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin mədəniyyət və incəsənət nümayəndələri ilə bərabər Gəncə Regional Mədəniyyət İdarəsi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, nəğməli qonaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.