Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Yuxarı Salahlı kənd Folklor evi 1 və 2 saylı kitabxana filialı ilə birlikdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının milli birliyi” adlı şənlik keçirib.

27.12.2017

27 dekabr 2017-ci il tarixdə saat 14:00-da Yuxarı Salahlı kənd Folklor evi 1 və 2 saylı  kitabxana filialı ilə birlikdə   Z. Mahmudov adına kənd tam orta məktəbində  31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Dünya azərbaycanlılarının milli birliyi”  adlı şənlik keçirib. Tədbirdə fəal oxuculardan, valideynlərdən, məktəbin müəllim və şagirdlərindən ibarət olmaqla  56 nəfər iştirak edib.Şənliyi məktəbin İbtidai təhsilin sinif müəlliməsi  Güllü Eyyubova   açaraq şənlik iştirakçılarını bayram münasibətilə təbrik etdikdən sonra  Folklor evinin müdiri Asya Orucova ümummilli lider Heydər Əliyevin “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik” sözləri ilə çıxışına başlayıb. Bayramın yaranma tarixi və onun əhəmiyyəti haqqında 2 saylı filialın müdiri Məktubə Qocayeva, 1 saylı kitabxananın müdiri Tama Cəfərova qısa məlumat veriblər. Səhnəyə Nuranə Eyyubovanın dəvəti ilə  Şaxta baba və Qar qız daxil olublar. “Səma” rəqs qrupunun rəqsləri, Yeni ilə aid şeirlərin söylənilməsi şənliyi daha rəngarəng etdi. Uşaqlara hədiyyələr paylandıqdan sonra çay stolu arxasında şənlik başa çatıb.