Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-in Xətai, Yenigün, Göycəli kənd kitabxana fililları Xalq şairi Hüseyn Arifin 95 illik yubileyi ilə əlaqədar “Hüseyn Arif-95” adlı tədbir keçirdi.

12.06.2019

12 iyun 2019-cu il tarixində saat 12:00 da Ağstafa rayon MKS-in Xətai, Yenigün, Göycəli kənd kitabxana fililları Xalq şairi Hüseyn Arifin 95 illik yubileyi ilə əlaqədar “Hüseyn Arif-95” adlı tədbir keçirdi.  Tədbirdə ilk öncə  Xətai, Yenigün, Göycəli kənd kitabxana filillarının kollektivi , müəllim və məktəb şagirdləri Hüseyn Arifin qəbrini ziyarət etmişlər.Tədbirdə Xətai kənd kitabxana filialının işcisi Xuraman Əzimova çıxış edərək qeyd edib ki, Hüseyn Arif zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Azərbaycan təbiətinin möhtəşəm gözəlliyinin vurğunu olan Hüseyn Arif əlinə qələm aldığı gündən təbiəti vəsf edib, onunla daimi təmasda olub, bəlkə də bu səbəbdəndir ki, yazdıqları da təbii, səmimi alınıb. “Həyatı anlayanda həyatdan gedir insan” - deyən Hüseyn Arifin həyat haqqında məntiqi qənaəti, yazdığı şeirləri daim oxucuların rəğbətinə səbəb olub. Onun istedadı hər zaman yüksək qiymətləndirilib.Tədbirin sonunda şairin sözlərinə yazılmış mahnılar səsləndirilib və “Hüseyn Arif-95” adlı sərgiyə baxış keçirilib.