Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon MKS-in 1 №-li Ağstafa şəhər kitabxana filialı 15 iyun qurtuluş günü münasibətilə “Qurtuluş nicat günümüzdür” adlı kitab sərgisi təşkil etmişdilər.

11.06.2019

11  iyun 2019-cu il tarixində saat 12:00 Ağstafa rayon MKS-in 1 №-li Ağstafa şəhər  kitabxana filialı 15 iyun qurtuluş günü münasibətilə “Qurtuluş nicat günümüzdür” adlı  kitab sərgisi təşkil etmişdilər. Sərgidə çıxış edən kitabxana filialının müdiri R. Əliyeva  çıxış edərək bilidrib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.