Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Tarix – Diyarşünaslıq Muzeyində ”18 May Beynəlxalq Muzeylər Günü” qeyd olunmşdur

18.05.2022

18.05.2022 – ci il tarixində Şəmkir rayon Tarix – Diyarşünaslıq Muzeyində "18 May Beynəlxalq Muzeylər Günü" münasibətilə şəhər məktəblilərinin, mədəniyyət işçilərinin və rayon sakinlərinin də iştirak etdiyi geniş tədbir keçirilmişdir. Tədbirdə Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbov, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, və YAP Şəmkir rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cavanşir Pirverdiyev "Beynəlxalq Muzeylər gününün təsis edilməsi və Azərbaycanda muzey işinin təşkili ” mövzusunda çıxış etmişdir.

Tədbir iştirakçıları Muzeydə keçirilən tədbirlərə dair şəkil-slayta tamaşa etdikdən sonra rayon Mədəniyyət mərkəzinin və uşaq musiqi məktəbinin birgə hazırladığı konsert proqramı böyük maraqla dinlənilmişdir.