13.05.2022
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar 10 may 2022-ci il tarixində Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilmişdir.
Tədbirdə Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin başçıları və müavinləri, digər dövlət qurumunlarının məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.