Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar “İşıqlı, nurlu sabah” başlıqlı tədbir keçirilmişdir.

27.12.2017

Qazax rayon Heydər Əliyev Mərkəzi və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci il üçün təsdiqlədiyi Tədbirlər Planına əsasən 27.12.2017-ci il tarixdə saat 13.00-da Qazax rayon Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar  “İşıqlı, nurlu sabah” başlıqlı tədbir keçirilmişdir. Tədbirdə Qazax şəhər Səlim Əfəndiyev adına 1 saylı tam orta məktəbin sinif müəlliməsi Xasməmmədova Lamiyə,  Ia sinif şagirdləri və valideyinlər iştirak etmişdirlər. İlk olaraq şagirdlərə Həmrəylik gününün tarixi və Heydər Əliyevin bu bayramın təsis edilməsində göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edən “Heydər Əliyev və Həmrəylik günü” mövzusunda mühazirə oxunmuş,  sonra  “31 dekabr- Dünya Azərbaycanlılarının həmrəylik günüdür” adlı film nümayiş etdirilmişdir. Şagirdlər bayram şənliyində yüksək əhval- ruhiyyə ilə iştirak etmiş, şerlər söyləmiş, mahnılar oxumuş və rəqs etmişdirlər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi ilə kiçik  bayram süfrəsi ətrafında tədbir sona çatdırılmışdır.  Ia sinfinin müəlliməsi L.Xasməmmədova və valideyinlər tədbirdən çox razı qalmış və belə tədbirlərin tez-tez keçirilməsini arzu etmişdirlər