02.06.2019
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların peşəkar inkişafının sürətləndirilməsi və dəstəklənməsi, eyni zamanda müəllimlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi məqsədilə “Gənc pianoçuların IV Respublika müsabiqəsi” keçirilir.
İyunun 1-də müsabiqənin Qərb bölgəsində I mərhələsi keçirilib. Ağstafa şəhərində təşkil olunan müsabiqədə Respublikanın qərb və ətraf rayonlarını əhatə edən Qazax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Gəncə və Samux rayonlarında fəaliyyət göstərən 17 uşaq musiqi və incəsənət məktəblərindən 60 şagird iştirak etmişdir.
Qeyd edək ki, sözügedən müsabiqə 2 turdan ibarətdir. Qiymətləndirmənin nəticələrinə əsasən nazirliyin təyin etdiyi münsiflərin qərarı ilə seçilən piano ifaçıları müsabiqənin Bakı şəhərində keçiriləcək II mərhələsində iştirak etmək haqqı qazanıb.