Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar dünyanın ən böyük səadətidir”adlı şənlik keçirib.

31.05.2019

     31 may 2019-cu il tarixdə saat 11:30-da Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi  açiq havada 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar dünyanın ən böyük səadətidir”adlı şənlik keçirib.Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı,MİNİ-nin sədri İsgəndər Qurbanov,4 saylı tam orta məktəbin 3b sinif şagirdləri,fəal oxucular,valideyinlər və mədəniyyət işçiləri olmaqla 53 nəfər iştirak edib.Tədbiri MKS-nin direktoru Solmaz Babanlı açaraq uşaqları təbrik edib və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında qısa məlumat verib. MİNİ-nin sədri İsgəndər Qurbanov  da uşaqları bayram günü münasibətilə təbrik edib.Şənlikdə 4 saylı tam orta məktəbin  müəllimi Nüşabə Mustafayevanın rəhbərliyi ilə 3b sinif şagirdlərinin ifasında bir-birindən maraqlı tamaşalar göstərilib.Fəal oxucular şən mahnı və şeirlər söyləyiblər. Tədbirdə çıxışları ilə fərqlənənlər MİNİ-nin sədri İsgəndər Qurbanov tərəfindən  hədiyyələrlə təltif olunublar.