Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99- cu il dönümü ilə əlaqədar ”Heydər Əliyevi qürur hissi ilə anırıq ” adlı tədbir keçirilib

08.05.2022

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99- cu il dönümü ilə əlaqədar "Heydər Əliyevi qürur hissi ilə anırıq " adlı tədbir keçirildi.Tədbirdə Daşkəsən rayon İ.Nəsimi adına 1saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişdir.Tədbirdə çıxış edənlər Ulu öndərin tarixi və əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən böyük qürur hissi ilə xatırlandığını qeyd etmişlər.Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub- yaratmaq amalı ilə yaşaması , hər zaman milli idealara bağlı olması , hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoyduğu vurğulanmışdır.

Tədbirin sonunda Ulu öndərə həsr olunmuş şerlər səslənmiş, Heydər Əliyev haqqında sənədli film izlənmişdir.