Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxbəyli kənd kitabxana filialı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Xoş gəldin - Yeni il” adlı bayram şənliyi keçirib.

26.12.2017

26 dekabr 2017-ci ildə saat 11:00-da Qazaxbəyli kənd ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin bağçasında  kitabxana filialı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş “Xoş gəldin - Yeni il” adlı bayram şənliyi keçirib.

Tədbirdə bağçanın kollektivi və kənd əhalisindən bir qrup olmaqla  80 nəfər iştirak edib. Şənliyi giriş sözü ilə bağça müdiri Şəfiqə Mustafayeva açaraq uşaqları və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək bildirib ki, Yeni il yeni nəfəs, yeni ruh deməkdir. Kitabxana filialın müdiri Sevinc Alməmmədova  Yeni ildə hamiya cansağlığı və xoş günlər arzulayıb. Şaxta baba və  Qar qızın gəlişi uşaqların sevincinə sevinc qatıb. Uşaqlar şeirlər söyləyib mahnılar oxuyub, rəqslər edib və “Turpun nağılı”nı səhnələşdiriblər. Sonda Şaxta baba uşaqlara hədiyyələr paylayib.