12.12.2017
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar 4-12 dekabr 2017-ci il tarixlərində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri elan olunmuş və Ulu Öndərin xatirəsini ehtiramla yad etmək və onun irsini təbliğ etmək məqsədilə kitab sərgisi və bir sıra tədbirlər keçirilmişdir.”Açıq qapı” günlərində 63 idarə və müəssisədən 2650 nəfər iştirak etmişdir. Qazax rayon Heydər Əliyev Mərkəzinin Heydər Əliyev Məktəbi layihəsinə uyğun olaraq Ulu Öndərin anım günü ilə əlaqədar 8 xüsusi dərs keçirilmişdir ki, bu dərslərdə 8 məktəbdən 304 şagirdə Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxunmuş, mühazirələrə uyğun filmlər nümayiş etdirilmiş və “Müstəqil Azərbaycanın memarı” başlıqlı 60-a yaxın kitab və 25 jurnaldan ibarət sərgi təqdim edilmişdir. 6 dekabr 2017-ci il tarixdə Heydər Əliyevin Azərbaycan silahlı qüvvələrinin yaradılmasında, onun inkişaf etdirilməsində göstərdiyi böyük xidmətlərdən bəhs edən, Qazax rayon N saylı hərbi hissənin əsgər və zabit heyətinin iştirakı ilə “Düşmənə sinə dağı- O. Heydər Əliyevdir” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə 45 əsgər və zabit heyəti iştirak etmişdir. 7 dekabr 2017-ci il tarixdə Heydər Əliyevin anım gününə həsr olunmuş Qazax şəhər məktəblilərinin iştirakı ilə “Dünya şöhrətli siyasətçi ” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir.Ədəbi- bədii kompozisiyada 2 məktəbdən 58 şagird 7 müəllim iştirak etmişdir. 8 dekabr 2017-ci il tarixdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə həsr olunmuş “Azərbaycan mədəniyyətinin daim yanan çırağı”mövzusunda Qazax rayon Mədəniyyət mərkəzinin qabaqcıl mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.Dəyirmi masada 25 mədəniyyət işçisi Ulu Öndər haqqında dəyərli fikirlər söyləmişdirlər. Bütün bunlardan əlavə Anım günü ilə əlaqədar Mərkəzdə Ulu Öndərə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” başlıqlı kitab sərgisi və Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən müxtəlif filmlər nümayiş etdirilmişdir. Bu sərgini 2600-ə yaxın insan izləmiş və ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitab və jurnallar onların böyük marağına səbəb olmuşdur. Ümumilikdə Qazax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş tədbirlərdə 3000-ə yaxın mədəniyyət və ictimaiyyət nümayəndəsi iştirak edərək Dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bildirmişdirlər.