Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Heydər Mərkəzində Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96- cı ildönümü ilə əlaqədar Açıq qapı günlərinə start verildi.

01.05.2019

Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96- cı ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzinə Açıq qapı günləri davam etdirilir. 30 aprel 2019- cu il tarixdə  Qazax şəhər 5 saylı orta məktəbdən 150 nəfər, Daş Salahlı kənd 1 saylı tam orta məktəbindən 125, Çaylı kənd 1 saylı tam orta məktəbindən 100 nəfər şagird  Muzeyə ekskursiya edərək Ulu öndərə həsr olunmuş kitab və jurnallardan ibarət sərgi ilə tanış oldular və mühazirələr dinlənildi.