Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

2021-ci ilin yekununa dair Hesabat iclası keçirilmişdir.

10.01.2022

Şəmkir Heydər Əliyev Mərkəzində 10.01.2022-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin 2021-ci ilin yekununa dair və 2022-ci ildə görüləcək işlərə dair Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun rəhbərliyi ilə Hesabat iclası keçirilmişdir. İclasda Daşkəsən və Göygöl rayonları üzrə nümayəndəlikləri-baş məsləhətçilər, iri müəssisə rəhbərləri və MİHİ rayon komitələrinin sədrləri iştirak etmişdirlər.

İlk öncə torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İclasda

müəssisələrin 2021-ci il ərzində gördükləri işlər, problemlər, təklifləri və 2022-ci ildə görəcəkləri işlər dinlənilmişdir.

Yekunda Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi Azər Rəcəbov mövcud problemlərin aradan qaldırılması, müəssisələrdə şəffaflığın, əmək fəaliyyətində nizam-intizamın təmin edilməsi və 2022-ci ildə görüləcək işlərlə bağlı göstəriş və tapşırıqlarını vermişdir.