07.04.2019
2019-cu il aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın (Ağdərə rayon sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlər) ailəsində ölkənin 10 milyonuncu sakini dünyaya gəlib. Gənc ailənin qız övladının dünyaya gəlməsi ilə vətəndaş sayı 10 milyon olan Azərbaycanda bu körpənin gəlişi sevinclə qarşılanıb. Bu əlamətdar hadisə respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Qazax və Tovuz rayonlarında da Azərbaycanda əhalinin sayının 10 milyon nəfərə çatması münasibətilə bayram tədbiri keçirilib. Ağstafa şəhər Heydər Əliyev adına parkda “Biz artıq 10 milyonluq ölkəyik” adlı tədbir keçirildi. Regional idarənin gənclərinin iştirakı ilə 10.000000 görüntünü əks etdirən flaşmob təşkil edildi. Tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov açaraq respublikamızın bütün bölgələri kimi regional idarəni əhatə edən Ağstafa, Qazax və Tovuz rayonlarında da təntənəli bayram tədbirləri keçirildiyini qeyd etdi. V. Qədirov Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq ideologiyası ilə idarə olunan Respublikamızın Prezidentimiz Möhtərəm Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətilə daha da inkişaf etdiyini bildirdi. Tədbir Regional İdarənin mədəniyyət müəssisələrinin əməkdaşlarının hazırladığı konsert proqramı ilə davam etdirildi. 10 milyonuncu sakinimizin dünyaya gəlməsi münasibətilə Qazax rayon Mədəniyyət Mərkəzinin qarşısında da bayram tədbiri təşkil olunub. Tədbirdə Qazax rayon mədəniyyət müəssisələrinin əməkdaşları ilə bərabər Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, işçiləri, ziyalılar, gənclər, RİHB-nin kənd İƏD-si üzrə nümayəndələri, "Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər. Tədbir mədəniyyət müəssisələrinin təşkil etdiyi bayram konsertilə davam etdirilib. Tovuz rayonununun mərkəzi Heydər Əliyev meydanında da Regional İdarənin Tovuz rayon mədəniyyət müəssisələrinin təşkilatşılığı ilə Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə əlaqədar “Gözün aydın Azərbaycan on milyonuncu vətəndaşın dünyaya gəldi” devizi altında tədbir keçirildi. Tədbirdə rayon rəhbərləri, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon ictimaiyyəti iştirak edirdi.Yüksək coşğu və fəallıqla keçirilən bayram tədbirində gənclərin iştirakı ilə flaçmob keçirildi. Tədbir Tovuz rayon mədəniyyət müəssisələrinin incəsənət ustaları, bədii özfəaliyyət kollektivlərinin geniş konsert proqramı və atəşfəşanlıqla başa çatdı.