Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan görkəmli bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib.

25.11.2021

Şəmkir Regional Mədəniyyət İdarəsinin Şəmkir şəhər 7 illik Uşaq Musiqi Məktəbində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 99 illiyi ilə əlaqədar olaraq tədbir keçirilib.Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Bildirilib ki, F.Əmirov zəngin yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açıb, əsərləri ilə dünya musiqisinə əvəzsiz töhfələr verib. Onun yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Kürd ovşarı” simfonik muğamları və “Sevil” operası sənətkara böyük şöhrət qazandırıb. Azərbaycan muğamlarından bəhrələnmiş Fikrət Əmirov bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində o, balet sənəti sahəsində daha çox işləyib. 1973-cü ildə “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında “Min bir gecə” baletini yazıb. Bu balet sənətkarın adını dillər əzbəri edib. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Sonra məktəbin müəllim və şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Tədbiri Fikrət Əmirovun əsərlərinin səsləndirilməsi ilə başa çatıb.