Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göygöldə dahi bəstəkar Üzeyir Hacıbəyovun anım günü ilə bağlı tədbir keçirildi.

23.11.2021

23.11.2021-ci il tarixdə ŞRMİ-nin Göygöl rayonu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anım günü ilə bağlı tədbir keçirildi.

Tədbirdə Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Mədəniyyət müəssisələrinin işçi kollektivi iştirak etdi. Tədbirdə Göygöl rayon Mədəniyyət Mərkəzinin metodisti Vəfa Süleymanova, Mədəniyyət Mərkəzinin xormeystri Ləman Rəhimova, S.Vurğun adına MKS-nin informasiya-resurs şöbəsinin operatoru Fərqanə Məmmədova, bəstəkarın keçirdiyi ömür, həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdilər.

Sonda Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında hazırlanan video-çarx izlənilib.