Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax şəhərinin mərkəzində yerləşən N saylı hərbi hissədə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

20.03.2019

20 mart 2019-cu il tarixdə Qazax şəhərinin mərkəzində yerləşən N saylı  hərbi hissədə Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib. Şənlikdə Qazax şəhər 2 nömrəli musiqi məktəbinin , mədəniyyət mərkəzinin bədii özfəaliyyət kollektivlərinin və musiqiçilərinin iştirakı ilə geniş konsert proqramı təşkil olundu. Əsgər və zabitlər qarşısında səsləndirilən şən mahnılar, şux rəqslər hərbiçilərimiz tərəfindən geniş  rəğbətlə qarşılandı. Mədəniyyət Mərkəzinin və 2 saylı Uşaq musiqi məktəbinin rəhbərliyi ilə  hərbi hissə komandiri fəxri fərmanlar ilə mükafatlandırılıb.