Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Aqroparkda Novruz Bayramına həsr edilmiş ümumrayon tədbiri qeyd edildi.

18.03.2019

18 mart 2019-cu ildə Rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təşkilatçılığı ilə Ağstafa rayon sakinləri üçün möhtəşəm “Novruz yarmarkası konserti” keçirildi. Bayramda rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai təşkilatların nümayəndələri, eləcə də  rayon və bölgə sakinləri iştirak edirdi. Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş Ağstafa Aqroparkda keçirilən bayram tədbirində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olundu.Tanınmış İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan mahnılar və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat bəxş etdi. Səhnədə tanınmış incəsənət nümayəndələri–Abbas Bağırov, Mətanət İsgəndərli, Zakir Əliyev, Mirələm Mirələmov, Sevil-Sevinc bacıları, aşıq Əli və Samirə, Tural Bayramov öz maraqlı çıxışları ilə bayram konsertini izləyənlərə xoş anlar yaşatdılar.