Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

19 mart 2019-ci il tarixdə Olimpiya İdman Kompleksinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi keçirilib.

19.03.2019

19 mart 2019-ci il tarixdə Olimpiya İdman Kompleksinin qarşısında Azərbaycan xalqının milli bayramı olan Novruz şənliyi  keçirilib. Şəhər bayramsayağı bəzədilib.

Saat 14 :00-da  rayonun rəhbər işçiləri və şəhərimizin qonaqları “Qala” qapısına daxil olub. Girişdə onları Bahar qız, Kosa və Keçəl qarşılayıb və Novruz bayramı münasibəti ilə təbrik edib.  Bayram tonqalnının alovlanması ilə bayram mərasiminin başlanmasına start verilib.  Kosa və Keçəlin iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdirilib, qonaqlarla yumurta döyüşdürülüb. 

Qazax şəhər Mədəniyyət Mərkəzi, 1 və 2 saylı Uşaq musiqi məktəbləri, Qazax MKS-inin, muzeylərin işçiləri, rayon əhalisi tədbirdə fəal iştirak ediblər. Mədəniyyət Mərkəzinin  “Aşıqlar və Zurnaçılar” ansamblının, bədii özfəaliyyət üzvlərinin bir- birindən maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Tədbir keçiriləcək yerin mərkəzində Aşağı Salahlı və Orta Salahlı kənd Diyarşünaslıq evlərinin, Yuxarı Salahlı kənd Folklor evinin qurduqları alaçıqda  hər bir kəndin  adət-ənənəsinə məxsus məişət əşyaları nümayiş etdirilib. Kompleksin zalında Azərbaycan incəsənət ustalarının rəngarəng ifaları ilə tədbir başa çatıb.