Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında Novruz bayramı münasibəti ilə “İlin ən yaxşı bağçası” müsabiqəsi keçirilib.

16.03.2019

15 mart 2019-cu il tarixdə Qazax rayon  Mədəniyyət Mərkəzində  Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında  Novruz bayramı münasibəti ilə  “İlin ən yaxşı bağçası” müsabiqəsi keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. “İlin ən yaxşı bağçasını” seçmək, ən əsas da körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini artırmaqdır. 

4 nominasiya: şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar bir-birindən maraqlı çıxışlar edib.

Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən bayram əhval-ruhiyyəli yarışmada Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri və mətbuat işçiləri iştirak edib.

Balaca fidanların ixtiyarına verilmiş Mədəniyyət Mərkəzinin böyük zalı al-əlvan şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bir-birindən gözəl, rəngarəng geyimli gül balaların üzlərində təbəssüm, könüllərində xoş ovqat hissi vardı. Tədbirin sonunda müsabiqədə qalib olan bağçalar münsiflər heyyəti tərəfindən qiymətləndirilərək,  I,II, III yerləri tutan uşaq bağçaları qiymətli hədiyyələrlə mükafatlandırılıb.